Abituriyent hazırlıq kursları

Abituriyent hazırlıq kursları
Abituriyent hazırlıq kursları

Abituriyent hazırlıq kursu Xaçmaz Hazırlıq Mərkəzində yüksək səviyyədə tədris olunmuşdur.
    Xaçmaz Hazırlıq Mərkəzi abituriyent hazırlığı ilə məşğul olan kursların reytinq sıralamasında ilk pillələrdə olması təsadüfi deyildir. Belə ki, abituriyent hazırlıq kursu fəailiyyət göstərdiyi il ərzində 1 məzunu maksimum nəticə -  700 bal toplamış, bundan əlavə 1 məzunu Prezident təqaüdçüsü adına layiq görülmüşdür. Bu illər ərzində 8 məzunu 600 baldan yüksək, 37 məzunu isə 500-600 bal aralığında nəticə göstərmişdir. Bu yüksək nəticələrlə yanaşı, Xaçmaz Hazırlıq Mərkəzinin abituriyent hazırlığında ümumi qəbul göstəricisi ötən illərdə 96 faiz olmuşdur.
      Yüksək nəticələrin əldə edilməsində dərslərin kursumuzun peşəkar, təcrübəli müəllim heyəti tərəfindən DİM proqramına uyğun olaraq keçirilməsinin böyük rolu vardır. Müəllimlər hər bir mövzunu abituriyentlərə tam aydın şəkildə izah edir, hər mövzunu ətraflı sual - cavab edirlər. Dərslər yekunlaşdıqda abituriyentlər tərəfindən mövzunun anlaşılmayan hissəsi olduğu bildirilərsə, yenidən izah olunur. Dərsin tam dərk edildiyinə əmin olduqdan sonra isə növbəti mövzuya keçilir.